“Barselona” daha bir Arauxonu heyətinə qata bilər. İspanya nəhəngi Maksimiliano hədəfə alıb.

Futbolinfo.az xəbər verir ki, Uruqvay millisinin üzvünə ehtiyat variant kimi baxılır. “Atletik” 21 yaşlı hücumçusu Niko Uilyamsı “Barsa”ya satmağa razılıq verməsə, uruqvayla futbolçu əsas hədəfə çevriləcək.

Komandanın aparıcı müdafiəçisi olan Ronald Arauxonun 24 yaşlı həmyerlisi “Deportivo Toluka”da çıxış edir. Klubu ilə 2026-cı ilin dekabrınadək müqaviləsi olan oyunçunun dəyəri 20 milyon avrodur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp