Formula 1 üzrə dünya çempionatında 10-cu qran-pridə təsnifat mərhələsi geridə qalıb. İspaniyanın Barselona şəhərində keçirilən yarışın ilk sessiyasında gözlənilməz nəticə qeydə alınmayıb.

Daha zəif komandaların 5 sürücüsü növbəti sessiyaya keçməyib. Maqnussen, Tsunoda, Rikkardo, Albon və Sarcint üçün yarış erkən bitib.

İkinci sessiyada daha gərgin mübarizə gedib. Burada ispaniyalı sürücü Fernando Alonso azarkeşlərini sevindirə bilməyib. Ona son sessiyaya keçmək üçün cəmi 0,019 saniyə çatmayıb. Zəif təsir bağışlayan “Aston Martin” komandası hər iki sürücüylə mübarizəni dayandlırıb. Alonso 11, Stroll isə 14-cü olub. “Kik Zauber” komandası da final sessiyasına yüksələ bilməyib. Uğursuz beşinci sürücü Niko Hülkenberq olub.

Beləliklə, final sessiyasında 5 komanda tam heyətlə çıxış edib. Ən yaxşı nəticəni isə Lando Norris göstərib.O, sabahkı yarışa birinci yerdən start vermək hüququ qazanıb. Maks Ferstappen ikinci, Lyuis Həmilton isə üçüncü olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp