Dünya futbolu
“Bayer” yeni qapıçı aldı, Lunyovun “Qarabağ”a yolu açıldı

“Bayer” heyətini yeni qapıçı ilə gücləndirib. Leverkuzenlilər “Reyms”dən 26 yaşlı Patrik Pentsi sıralarına qatıb.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı avstriyalı 2,5 illik müqavilə bağlayıb. O, əsas heyətə düşmək uğrunda Lukaş Hradeski ilə mübarizə aparacaq. Komandanın digər əlcək sahibi Niklas Lombdur.
Bu xəbərin bizim üçün ikiqat önəmi var. Birincisi, millimizin seçmə mərhələdəki rəqiblərindən birinin üzvü Fransa təmsilçisini Bundesliqanın aparıcı klublarından birinə dəyişib. İkinci məqam “Qarabağ”la bağlıdır. Belə ki, Almaniya klubunun qapıçısı Andrey Lunyovu heyətinə qatmaq istəyən ağdamlıların arzusu reallaşa bilər. Bu transferdən sonra 31 yaşlı rusiyalı “Bayer”in 4-cü qapıçısına çevrildi.
Bəlkə də bu transfer məhz Lunyovun “Qarabağ”la anlaşması ilə bağlıdır. Qolkiperin meneceri müştərisinin Azərbaycana gəlməyəcəyini desə də, əldə etdiyimiz məlumata görə, ağdamlılar bu keçiddə israr edir, “Bayer”ə rəsmi təkliflə müraciət edib. Ona görə də Pentsin transferini Lunyovun yerini doldurmaq cəhdi kimi də dəyərləndirmək olar.

- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı