AÇ-2024
Belçika millisi ilk oyunda məğlubiyyətə üzüldü
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub.
Futbolinfo.az xəbər verir ki, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.
Xatırladaq ki, E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələmişdi.
AÇ-2024
E qrupu
17 iyun
Belçika – Slovakiya 0:1
Qol: Şrants, 7.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Frankfurt. “Valdstadion”.
- AÇ-20242024-06-17 19:00
Ukrayna millisi Rumıniyaya böyük hesabla uduzdu
- Ölkə futbolu2024-06-17 19:18
“Neftçi” də sabiq “Beşiktaş”lıya tapşırılır
- Ölkə futbolu2024-06-17 12:56
“Mənim üçün gözəl təcrübə oldu” – Musa Qurbanlı
- Müsahibə2024-06-17 12:37
“Ümid və məqsəd olmasa, heç nə alınmayacaq” – Saşa Yunisoğlu