Milli komanda
“Belçikaya təslim olmaq fikrimiz yoxdur” – De Byazi

“Belçikaya təslim olmaq fikrimiz yoxdur”.
Futbolinfo.az “voetbalgokken.nl” saytına istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Belçika yığmasına qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.
İtaliyalı mütəxəssis rəqibin heyətində ulduz futbolçuların cəmləşdiyini söyləyib: “Belçikalılarla oyun çox çətin olacaq. Rəqib böyük ulduzlara malik komandadır və FİFA reytinqində yuxarı pillələrdədir. Onların tanınmış klublarda çıxış edən futbolçuları var. Bizim oyunçuların çoxu isə daxili çempionatda mübarizə aparırlar. Ancaq yenə də öz oyunumuzu sərgiləyəcək və hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
67 yaşlı məşqçinin fikrincə, əsas problem milliyə namizəd futbolçu sayının az olmasıdır: “Düşünürəm ki, Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq çox çətin olar. Azərbaycan millisinin səviyyəsi o qədər yüksək olmasa da, ildən-ilə daha da yaxşılaşır. Yaxşı oyunçularımız var. Əsas problem odur ki, seçim imkanımız məhduddur”.
Azərbaycan – Belçika oyunu sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək.

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi