Dünya futbolu
“Benfika”nın 38-ci çempionluğu

Portuqaliyada da 2022/23 mövsümünün çempionunun adına aydınlıq gəlib. Gözlənildiyi kimi, “Benfika” şansı əldən verməyib.
Futbolinfo.az xəbər verir ki, komanda 34-cü turda “Portu”nu qəbul edib və 3:0 hesablı qələbə qazanıb. Ümumilikdə “Benfika” 28 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətlə 87 xal toplayıb. Bununla da onlar “Portu”nu 2 xal qabaqlayaraq çempion adını qazanıblar.
Komanda son dəfə 4 il əvvəl ölkə çempionu olmuşdu. Ümumilikdə isə bu, “Benfika”nın tarixində 38-ci çempionluqdur. Onların ən yaxın izləyicisi olan “Portu” 30 dəfə bunu bacarıb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə