“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın gələcək taleyi qeyri-müəyyən olaraq qalır.

Futbolinfo.az xəbər verir ki, bu barədə “afriquesports.net” saytı məlumat yayıb.

Bildiruilib ki, 29 yaşlı pleymeykerin Azərbaycan çempionundan ayrılmaq ehtimalı yüksəkdir. Əlcəzair millisinin üzvü Qətər və Səudiyyə Ərəbistanı klublarından təkliflər alıb.

Benzia Avropa klublarının da diqqət mərkəzindədir. Lakin onlar futbolçunun istədiyi səviyyədə komandalar deyil. Məsələn, Benzia Fransa 2-ci liqasından təklifləri rədd edib.

Qeyd edək ki, Yassin Benzianın “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp