Ölkə futbolu
Berdıyev “Turan Tovuz”da
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib. Mövsüm başa çatınca Ayxan Abbasovla yolları ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib.
Belə ki, bölgə komandasının türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə 3 gün öncə Azərbaycana dəvət olunub (matc.az).
1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində “Taraz”, “Gənclərbirliyi”, “Kayrat”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb. Onun son iş yeri isə bu il ayrıldığı Mahaçqala “Dinamo”su olub.
Berdiyevin əsas uğurları “Rubin”lə bağlıdır. O, Kazan klubunda 2 dəfə Rusiya Premyer Liqası və Rusiya Superkubokunu, 1 dəfə isə Rusiya Kubokunu qazanıb.
Berdiyev gələn həftə Bakıya gələcək və tərəflər rəsmi müqaviləyə imza atacaqlar.
Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 6-cı pillədə başa çatdırıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Milli komanda2024-06-11 19:51
Millimiz Qazaxıstana qalib gəldi
- Ölkə futbolu2024-06-11 13:30
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-06-11 16:33
Tovuz reallığı: Hər şey üçün pulu AFFA verəcəkdisə, Oqtay Abdullayev qalıb işləyərdi də…
- Ölkə futbolu2024-06-10 17:29
“Zirə” Rəhimlə də vidalaşdı