Digər idman növləri
Boksçumuz Avropa birinciliyində erməni rəqibini məğlub edərək finala çıxdı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycanın yeniyetmə boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, +80 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.
Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.
O, çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 30-da olacaq.
Yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-06-28 18:12
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-06-27 08:00
“Neftçi” yeni loqoya 100 min manat xərcləyib?
- Ölkə futbolu2024-06-27 10:14
“Qarabağ” Almaniya və İspaniya klublarını qabaqladı
- Ölkə futbolu2024-06-27 11:12
“Şerif”in baş məşqçisi: “Zirə” potensial rəqiblər arasında ən güclülərdən biri idi”