Digər idman növləri
“Böyük dəbilqə” qalibi məşqə İngiltərə millisinin formasında çıxdı
“US Open 2021”in qalibi, britaniyalı tennisçi Emma Radukanu “Uimbldon 2024” başlamazdan əvvəl məşqə futbol üzrə İngiltərə milli komandasının formasını geyinərək gəlib.
Bu gün İngiltərə yığması Avropa çempionatının 1/8 finalında Slovakiya yığması ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Dünya reytinqində 135-ci olan Radukanu “Uimbldon 2024”ün ilk mərhələsində dünyanın 22-ci raketkəsi, rusiyalı tennisçi Yekaterina Aleksandrova ilə qarşılaşacaq.