Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı hücumçu Sandro Limanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çinin “Tianjin Teda” klubundan gələn 30 yaşlı forvardla 1.5 illik müqavilə imzalanıb.

Sandro Lima peşəkar karyerasına ölkəsinin “Qremio Anapolis” klubunda başlayıb. 2013-cü ildən isə Portuqaliyaya üz tutan futbolçu burada “Rio Ave”, “Jil Visente”, “Çaves”, “Akademiko de Vizeu”, “Eştoril” kimi klublarda oynayıb. O, ötən ildən Çinin “Tianjin Teda” klubunda çıxış edirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp