Digər idman növləri
Bu gün Basketbol Liqasının qalibi bəlli ola bilər

Bu gün Azərbaycan Basketbol Liqasının çempionu bəlli ola bilər.
Futbolinfo.az xəbər verir ki, “Gəncə” və “Sabah” komandaları final seriyasının dördüncü qarşılaşmasında üz-üzə gələcəklər.
“Sərhədçi” İdman Mərkəzindəki oyun saat 19:30-da başlayacaq.
Hazırda ümumi hesabda “Sabah” 2:1 ilə öndədir. Paytaxt təmsilçisi qələbə qazanacağı təqdirdə çempion olacaq. “Gəncə” qalib gələcəyi təqdirdə beşinci matç gerçəkləşəcək.
Daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”