Bizi izləyin

Premyer-liqa

“Bu məğlubiyyəti təsadüf kimi qəbul edəcəm” – Regekampf

blank
blank

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 33-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Fanatlarımızdan üzrxahlıq etmək istəyirik. Bu, “Neftçi” tərəfdən komanda olaraq yaxşı davranış deyil. Kubokda finala adladıqdan sonra komanda arxayınlaşıb. Konsentrasiya yox idi. Bu, “Qarabağ”la oyundan etibarən başlamışdı. Qarşıda üç oyunumuz var. Biri səfərdə, ikisi evdə. Biz davranışımızı və düşüncə tərzimizi dəyişməliyik. Qələbə ruhunu komandaya yenidən qaytarmalıyıq. “Turan Tovuz”dan bu cür oyun gözləyirdim. Çünki kubokun yarımfinalında son 10 dəqiqədə oyunu əldən verdilər və biz finala çıxdıq. Onlar da çox əziyyət çəkdilər. Həftəboyu oyunçularıma çatdırmaq istəyirdim ki, Tovuzda asan olmayacaq, mübarizə aparmaq lazımdır. Qarşıdakı çempionat oyunu üçün çox şeyi dəyişməliyik. Çox seçimimiz də yoxdur. Oyunçuların qayğısına qalmalıyıq. Əlbəttə ki, ev oyunumuz tamamilə fərqli olacaq. Həm özüm, həm də, oyunçuların adından azarkeşlərdən üzr istəyirəm.

Bizim səviyyədə olan komanda belə uduzmamalıdır. Çox asanlıqla qollar buraxdıq. Çox şeyi müzakirə edə bilərik. Ən vacib amil odur ki, bu loqolu forma ilə meydana daxil olursansa, davranışın fərqli olmalıdır, belə asanlıqla qollar buraxmalı deyilsən. Mən də komandanın üzvüyəm və hamımız üçün utancverici məğlubiyyətdir. Düşünmürəm ki, mən, rəhbərlik və futbolçular fərqliyik, hamımız bir komanda üçün mübarizə aparırıq. “Neftçi” kubokda finala çıxanda, deməmişəm ki, mən etdim, həmişə “biz” deyirəm. Vicdanlı olmalıyıq. Qarşıda üç həftə əzmkar çalışmaq üçün vaxtımız var. “Turan Tovuz” məğlubiyyətini “yumalıyıq” və bütün tənqidləri qəbul etməliyik. Amma eyni anda da çalışmalıyıq. Üçüncü yerdəyik. Futbolçular bilir ki, bu yerdə olacağıq. Ona görə bayaq dedim ki, bu formanı geyinəndə başqa cür davranmalı, başqa cür düşünməlisən. Amma bəzən elə məqamlar var ki, nə itirəcəyin, nə də qazanacağın şeylər olur. Belə düşünəndə də, bu cür hallarla rastlaşırsan. Həssas davranmalıyıq. Bilirəm ki, haqqımda tənqidlər yazacaqsız, bunu qəbul edirəm. Amma oyunçularımı da qorumalıyam. Çünki mövsümün sonunda final oynayacağıq. Hər birinə meydanda döyüşüb, kuboku qazanmaları üçün ehtiyacım olacaq. Bu məğlubiyyəti təsadüf kimi qəbul edəcəm. Fanatlardan nəticəyə görə üzr istəyirəm. Əgər başlayıb məni “vurmaq” istəyirsizsə, buyurun.

Oyundan qabaq da futbolçulara demişdim ki, nələri etməsək, başımıza hansı hadisələr gələ bilər. Onlar da oldu. Fərid Yusifliyə ona görə əsəbiləşdim ki, lazımsız yerə sarı vərəqə aldı və cəzalı duruma düşdü. Kifayət qədər problemimiz var. Voyislav Stankoviç bir oyunu da buraxacaq, hər iki Azər zədəlidir. Ataa Caberin keçmiş formasını qaytarmalıyıq, Eddi İsrafilova daha çox oynamaq imkanı verməliyik. Bizim komanda fərqli olacaq. Oyunçularımla danışdım və dedim ki, ayılmalıyıq. Daha ciddi olmalıdılar. Çempionatda qələbə qazansaq da, tabloda heç nə dəyişməyəcək. Amma imkan verə bilmərik ki, adımız belə ləkələnsin. Bəlkə də, deyə bilərlər ki, daha gənclərlə oynamaq olar. Amma bunu edə bilmərik. Çünki finalda oynayacağıq, əsas oyunçular hazır olmalıdır.

Titul qazanmaq çox vacibdir. Oyunçuların səviyyəsini saxlamalıyam ki, onlar kuboku udmalı olduqlarını unutmasınlar. Çempion ola bilmədik, çox xallar itirdik. Qarşıdakı mövsüm üçün çox güclü olmalıyıq. Titulu qazanmaq şansımız varsa, niyə etməyək? Bizim üçün hazırda ən vacibi kuboku qazanmaqdır. Çünki artıq komanda Konfrans Liqasının seçmə mərhələsinə vəsiqə qazanıb. Futbolçularımın kuboku qazanmaq haqqı var. Döyüşüblər, mübarizə aparıblar. Bu oyuna və nəticəyə görə üzülürəm. Eyni zamanda, sevinirəm ki, bu oyunçular komandanı kuboku finala daşıyıblar, üçüncü yeri tutublar və KL-ə vəsiqə qazanıblar. Bəli, razıyam, sizinlə eyni düşünürəm ki, belə hesabla uduzmaq olmaz. Oyunçularımla bu haqda danışmışam. Sizə yalan danışa bilmərəm. Amma yaddan da çıxarmayaq ki, onlar indiyə qədər nələr edib. Finala vəsiqə qazanıblar. Bu da, bir tituldur. Mövsüm bitəndə rəhbərlik üçüncü yeri bəyənməyəcəksə, mənə bu barədə fikirlərini bildirəcəklər və tənqidlərə hazıram. Amma sizə əminliklə deyə bilərəm ki, növbəti mövsümdə istədiyimiz heyət, komanda olsa, çempionluq uğrunda mübarizə apara bilərik. Demirəm ki, oyunçuları dəyişəcəyik. Yeni oyunçular gəlməlidir”.

Reklam

Reklam


blank
Dünya futbolu2023-05-26 13:18

Ramos maaşının azaldılmasına razı olmadı

blank
Milli komanda2023-05-26 12:58

U-21 millimizin oyununun vaxtı və məkanı dəqiqləşdi

blank
Digər idman növləri2023-05-26 12:33

Beynəlxalq turnirdən bir bürünc medalla

blank
Müsahibə2023-05-26 12:19

“Zirə”nin sabiq futbolçusu: “Deməli, Şeydayevlə rəqib olacağıq”

blank
Digər idman növləri2023-05-26 12:08

Kişi şpaqaçılar AÇ-də 1/16 finala yüksələ bilmədilər

blank
Dünya futbolu2023-05-26 11:57

Ten Haq: “Dünyanın ən yaxşısı olmaq istəyirik”

blank
Digər idman növləri2023-05-26 11:44

Bu gün Basketbol Liqasının qalibi bəlli ola bilər

blank
Dünya futbolu2023-05-26 11:37

“Real” hücumçusu ilə vidalaşır

blank
Dünya futbolu2023-05-26 11:17

Bundesliqa klubundan yeni transfer

blank
Digər2023-05-26 11:00

AGİN-dən reaksiya gəldi: “Nazirliyə heç bir müraciət edilməyib”

blank
Digər idman növləri2023-05-26 10:38

Sensasiyalar günü: Latviyanın ilk yarımfinalı

blank
Ölkə futbolu2023-05-26 10:20

“Neftçi” Rusiyada oynayacaq

blank
Ölkə futbolu2023-05-26 10:02

“Neftçi” qapıçılarını saxlayacaq

blank
Digər idman növləri2023-05-26 09:47

“Boston Seltiks” fərqi minimuma endirdi

blank
Dünya futbolu2023-05-26 09:32

Salah məyusdur

blank
Dünya futbolu2023-05-26 09:15

Türkiyəli hücumçu 8 aylıq sıradan çıxdı

blank
Dünya futbolu2023-05-26 09:00

Pavara beş müştəri

blank
Dünya futbolu2023-05-26 08:45

“Yuventus”da yeni müqavilə

blank
I Divizion2023-05-26 08:30

MOİK Diviziondan uzaqlaşdırıla bilər

blank
Dünya futbolu2023-05-26 02:16

Nağıyevin komandası evdə xal itirdi

blank
Dünya futbolu2023-05-26 01:27

“Osasuna” və “Malyorka”dan qələbə

blank
Dünya futbolu2023-05-26 01:09

“Mançester Yunayted” “Çelsi”ni darmadağınla yola saldı

blank
Dünya futbolu2023-05-26 00:46

Dadaşovdan məhsuldar ötürmə

blank
Dünya futbolu2023-05-26 00:31

“Fənərbaxça”nın finaldakı rəqibi bəlli oldu

blank
Dünya futbolu2023-05-25 23:09

Kunde təkzib etdi – “Barselona”dan ayrılmır

blank
Dünya futbolu2023-05-25 22:38

Slot “Feyenoord”da qalmağı lazım bildi

blank
Premyer-liqa2023-05-25 22:10

Muradovun 100-cü matçı

blank
Dünya futbolu2023-05-25 21:59

PSJ Uqarte ilə razılaşdı

blank
Digər idman növləri2023-05-25 21:41

Azərbaycan cüdoçularından qran-prinin ilk günündə 2 medal

blank
Premyer-liqa2023-05-25 21:07

İsayevin Premyer Liqada 200-cü oyunu

blank
Ölkə futbolu2023-05-25 13:00

“Sabah”ın çempionluq oyunu – VİDEO

blank
Premyer-liqa2023-05-22 22:13

“Qəbələ” Şamaxıdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:36

Tovuzda 4 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:15

“Sabah”la “Zirə”dən qolsuz “sülh” – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:04

“Qarabağ” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 20:40

“Kəpəz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 15:07

“Neftçi”də 3 itki – VİDEO

blank
Premyer-liqa2023-05-17 22:06

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-05-16 22:40

Şenol Günəşlə Cenk Tosun “Sabah”la oyun haqda – VİDEO

blank
Premyer-liqa2023-05-14 23:49

“Şamaxı” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Ölkə futbolu2023-05-14 15:19

“Sabah”la “Beşiktaş”dan 6 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-13 23:47

“Səbail” “Qarabağ”a böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-13 21:15

“Turan Tovuz” Qəbələdən 3 xalla döndü – VİDEO

blank
Premyer-liqa2023-05-12 22:11

“Kəpəz” Zirədən 1 xalla döndü – VİDEO

blank
Ölkə futbolu2023-05-11 23:13

“Beşiktaş”ın futbolçularından “Sabah”la xeyriyyə matçına çağırış – VİDEO

blank
Digər2023-05-10 13:30

AMADA “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər keçirib – VİDEO

blank
Premyer-liqa2023-05-08 23:55

“Qarabağ”dan “Qəbələ”yə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 22:16

“Səbail”dən Sumqayıtda əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:53

“Turan Tovuz”dan “Neftçi”yə 4 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:38

“Futbolçularımızda “Neftçi”ni udmaq istəyi çox idi” – Ayxan Abbasov

blank
Premyer-liqa2023-05-07 18:00

“Bu məğlubiyyəti təsadüf kimi qəbul edəcəm” – Regekampf

blank
Ölkə futbolu2023-05-07 14:05

“Turan Tovuz”la matça 2 itki ilə – VİDEO

blank
Premyer-liqa2023-05-06 19:43

“Şamaxı” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Digər idman növləri2023-05-06 11:56

Hər iki seriyada hesab 2:1 oldu

blank
Premyer-liqa2023-05-05 21:35

“Kəpəz” “Sabah”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-05-05 21:04

“Sabah” – “Beşiktaş” oyununun biletləri satışda – VİDEO

blank
Milli komanda2023-05-04 00:10

Millimiz Gürcüstana belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-05-02 23:12

Azərbaycan derbisində 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-05-02 18:41

“Neftçi”də “Qarabağ”la matçdan öncə sağlamlıq durumu – VİDEO

blank
Premyer-liqa2023-05-01 23:20

“Zirə” “Turan Tovuz”a belə uduzdu – VİDEO

Facebook

Gündəm