Dünya futbolu
Buffon “Milan”da?

“Milan” qapıçı problemini həll etmək 45 yaşlı əfsanəyə müraciət edib. Mayk Menyanın zədə üzündən uzun müddət itirən rossonyerlər layiqli əvəzedici tapa bilməyincə Canluici Buffona elçi düşüb.
Futbolinfo.az xəbər verir ki, fasilə dönəmində bütün planları suya düşən çempion azad agent olan qapıçı tapa bilmədi. 27 yaşlı fransalının zədəsini sağaltmasından sonra əsas heyətə qayıdacağı faktı da bir çoxlarını fikrindən daşındırdı. “Milan” isə yüksək transfer haqqı ödəyərək kimisə transfer etmədi.
“Milan”ın idman direktoru Paolo Maldini çıxış yolu kimi Buffonu icarəyə götürməyə çalışır. B Seriyası təmsilçisi “Parma”nın formasını geyən 45 yaşlı qolkiperin İtaliya Kubokunda “İnter”ə qarşı əla çıxışı milanlıların diqqətini çəkib. Maldini dostuna sonradan bir il uzadılması mümkün olan 6 aylıq icarə müqaviləsi təklif edib.
Cici fikirləşmək üçün vaxt istəyib. Amma İtaliya mətbuatının yazdığına görə, bu keçidin reallaşma ehtmalı böyük deyil.
