Dünya futbolu
Bundesliqada mövsümə yekun vuruldu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Almaniya Bundesliqasında mövsümə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün 34-cü turun oyunları keçirilib.
Çempion “Bayer” son turda “Auqsburq”a da qalib gəlməklə mövsümü məğlubiyyətsiz başa vurub.
“Bayern” isə son turda səfərdə “Hoffenhaym”a uduzub və 2-ci yerdən də olub. Əvəzində Mönhenqladbax “Borussiya”sına böyük hesabla qalib gəlmiş “Ştutqart” 2-ci pilləyə yüksəlib.
Dortmund “Borussiya”sı da “Darmştadt”a 4 cavabsız qolla qalib gəlib.
Mövsümün yekunlarına əsasən, ilk beşlikdə qərarlaşan “Bayer” (90 xal), “Ştutqart” (73), “Bayern” (72), “Lepysiq” (65) və Dortmund “Borussiya”sı (63) UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar. 47 xalla 6-cı olan “Ayntraxt” Avropa Liqasına, 46 xalla 7-ci olan “Hoffenhaym” isə Konfrans Liqasına vəsiqə qazanıb.
33 xalla 16-cı olan “Boxum”, 27 xalla 17-ci pillədə qərarlaşmış “Köln” və 17 xalla sonuncu yeri tutan “Darmştadt” Bundesliqanı tərk ediblər.
Almaniya Bundesliqası
34-cü tur
18 may
Bayer – Auqsburq 2:1
Qollar: Bonifase, 12. Andrix, 27 – M.Kömür, 62.
Borussiya (Dortmund) – Darmştadt 4:0
Qollar: Maatsen, 30. Roys, 38. Brandt, 72. Malen, 88.
Ayntraxt – Leypsiq 2:2
Qollar: Ekitike, 60. Marmuş, 60 – X.Simons, 42. Şeşko, 46.
Haydenhaym – Köln 4:1
Qollar: E.Dinkci, 16; 22. Sessa, 36. Beste, 78 – Tigges, 64.
Hoffenhaym – Bayern 4:2
Qollar: Beyer, 8. A.Kramariç, 68; 85; 87 – M.Tel, 4. A.Deyvis, 6.
Ştutqart – Borussiya (Mönhenqladbax) 4:0
Qollar: Girassi, 23; 31. Yonq, 75. Silas, 83.
Union Berlin – Frayburq 2:1
Qollar: Hollerbax, 68. Haberer, 90+2 – Doan, 85.
Verder – Boxum 4:1
Qollar: Fridl, 6. Yunq, 78. Staqe, 80. Şmid, 87 – Adjey, 85.
Volfsburq – Maynts 1:3
Qollar: K.Paredes, 18 – Qruda, 24. Van den Berq, 72. Burkardt, 85.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Milli komanda2024-06-09 10:29
Rahil yığmadan ayrıldı, Elvin heyətə qoşuldu
- Ölkə futbolu2024-06-08 13:30
“Səbail” “Qarabağ”ın futbolçusunu heyətinə qatdı
- Digər idman növləri2024-06-09 10:51
Kanada Qran prisində Rassel birinci oldu
- Digər idman növləri2024-06-09 17:00
Azərbaycanın kişi basketbolçuları Avropa Kubokunun yarımfinalında