“Səbail”in futbolçusu Şəhriyar Rəhimovun futbolinfo.az-a müsahibəsi

– Ənənəvi sual verək: Karantini necə keçirdiniz?
– Əlbəttə ki, belə dövr yaxşı keçə bilməz. İstədiyimiz vaxt istədiyimiz yerə gedə bilmirik, işimizdən kənarda qalmışıq, evdəyik. Fərdi məşqlər edirəm. Amma bütün bunlar komanda məşqlərini sözsüz ki, əvəz etmir. Ən azı özümüzü tonusda saxlamağa çalışırıq.

– Artıq çempionatın keçirilməsinə ümidlər azalır…
– Həqiqətən vaxt keçdikcə ümidlər azalır. Amma çox istərdim ki, çempionat davam etsin. Fikrimcə, hər kəs buna sevinər və bütün nəticələr idman prinsiplərinə uyğun olaraq qeydə alınar. Lakin dövlətin qəbul etdiyi istənilən qərara, qaydaya əməl etmək borcumuzdur.

– Çempionatın baş tutmamasının hansı zərərləri olacaq?
– Zərəri deyəndə ki, bu dəqiqə hər kəs artıq mövsümü bitirmişdi. Virusla bağlı vəziyyət yaranmasaydı, indi hamı növbəti övsümə hazırlaşmaq olardı. Lakin biz hələ mövsümü bitirmək haqqında düşünürük.

– Mövsüm bu cür bitirilsə, “Səbail” komanda olaraq nələri itirəcək?
– Biz yox, hamı itirəcək. Çempionat çox maraqlı yerdə dayanmışdı. Sonuncu yerdəki komandanı Avroliqa zonasından cəmi 4 xal ayrırdı. Belə maraqlı oyular olacaqdı. Böyük xal fərqləri yoxdur. Ona görə də burda bütün komandalar nəsə itirəcək.

– Hazırda ən çox müzakirə olunan mövzulardan biri futbolçuların müqavilələridir. Xüsusən, legionerlər bu barədə çətinlik yarada bilər. Bu barədə fikirlərin necədir?
– Bir az çətin sualdır. Fikrimcə, hər kəs müqavilədəki şərtlərə əməl etsə, problem olmayacaq. Dəyişikliklər qarşılıqlı razılıqlar əsasında olacaq.

– Komandanızın qapıçısı Aleksandr Rıbka klubdan ayrıla biləcəyini deyib..
– Onun yerinə nəsə demək mənim üçün çətindir.

AĞA

Shares: