“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoidə koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçinin koronavirus testindən keçdiyi və cavabın müsbət olduğu bildirilib. Kallumla yaxın günlərdə təmasda olan hər kəs karantinə alınacaq.

Shares: