Futbol üzrə Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.

Son çempion “Bayern” doğma meydanda “Bohum”la qarşılaşıb. Münhen təmsilçisi bu oyunda 7 cavabsız qola sevinib.

Mönhenqladbax “Borussiya”sı səfərdə “Auqsburq”a minimal hesabla məğlub olub.

“Leyptsiq” səfərdə “Köln”ü sınağa çəkib. Bu görüşdə qalib müəyyənləşməyib. “Arminiya” – “Hoffenhaym” və “Maynts” – “Frayburq” görüşlərində isə ümumiyyətlə qapılara qol vurulmayıb.

Almaniya Bundesliqası
5-ci tur
17 sentyabr

Herta – Qroyter 2:1
Qol: Ekkelenkamp, 61. Bauer, 79-öz qapısına – Hrqota, 57-pen.

18 sentyabr

Arminiya – Hoffenhaym 0:0

Auqsburq – Borussiya (Mönhenqladbax) 1:0
Qol: Nyederlexner, 80.

Bayern – Bohum 7:0
Qol: Sane, 17. Kimmix, 27; 65. Qnabri, 32. Lampropulos, 43-öz qapısına. Levandovski, 61. Şupo-Motinq, 79.

Maynts – Frayburq 0:0

Köln – Leyptsiq 1:1
Qol: Modeste, 53 – Haydara, 71.

19 sentyabr

17:30. Ştutqart – Bayer
19:30. Borussiya (Dortmund) – Union Berlin
21:30. Volfsburq – Ayntraxt

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp