Bu gün Çempionlar Liqasının final oyunu keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Madrid “Real”ı ilə Dortmund “Borussiya”sı üz-üzə gələcəklər.

Londondakı “Uembli” stadionunda baş tutacaq final görüşünə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

“Real” Çempionlar Liqasında 14 dəfə qalib olub və bu baxımdan rekordçudur. “Borussiya” isə tarixində ikinci dəfə bu turnirin qalibi ola bilər.

Çempionlar Liqası
Final
1 iyun

23:00. Borussiya (Dortmund, Almaniya) – Real (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
London. “Uembli” stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp