Digər idman növləri
Daha iki taekvondoçumuz DÇ-də mübarizəni dayandırdı

Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb.
Futbolinfo.az xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenqə (Çin) uduzub.
Qadınların yarışında isə 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçota (ABŞ) məğlub olub.
Xatırladaq ki, ilk gündə Cavad Ağayev (68 kq) də medal qazana bilməmişdi. Amma o, Qaşımla Fəridədən fərqli olaraq, ilk döyüşündə qalib gəldikdən sonra ikinci sınağında məğlub olmuşdu.
Bakıdakı mundiala iyunun 4-də yekun vurulacaq.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat