Dünya futbolu
DÇ-2022: FİFA Seneqal Futbol Federasiyasını cərimələdi

FİFA İntizam Komitəsi Seneqal Futbol Federasiyasını 10 min İsveçrə frankı məbləğində cərimələyib.
Futbolinfo.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Buna Seneqal millisinin Qətərdə keçirilən dünya çempionatında media ilə bağlı reqlamentin müddəalarını pozması səbəb olub.
Yığmanın oyunçularından heç biri qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutan Ekvadorla matçdan (2:1) əvvəl mətbuat konfransına qatılmayıb.
Xatırladaq ki, A qrupunu 6 xalla ikinci sırada başa vuran Afrika təmsilçisi 1/8 finalda İngiltərə ilə üz-üzə gələcək.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq