Bizi izləyin

Digər idman növləri

DÇ-də 2 medal qazanan Azərbaycan boksçuları vətənə qayıdıb

blank
blank

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan milli komandası vətənə qayıdıb.

Futbolinfo.az xəbər verir ki, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Azərbaycan Boks Federasiyasının (ABF) prezidentinin müşaviri Samir Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, 107 ölkənin iştirakı ilə keçirilən dünya çempionatından 2 medalla qayıtmaq sevindirici haldır: “Hakimlərin ədalətsizliyi olmasaydı, mükafatların sayı daha çox, əyarı da yüksək olardı. İdmançılarımız güclərini göstərdilər, inamlı qələbələr qazandılar. Hesab edirik ki, bundan sonra da davamı gələcək. Qarşıda bizi Polşada keçiriləcək Avropa Oyunları gözləyir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından çox əhəmiyyətli yarışdır. Fikrimcə, dünya çempionatında həm boksçuların, həm də məşqçilərin zəhməti boşa getmədi. Əlbəttə, idmançılarımızın döyüşlərini, güclü və zəif cəhətlərini bir-bir təhlil edəcəyik. Avropa Oyunlarına da tam heyətlə yollanacağıq. Burada kişi boksçularımızla yanaşı, qadınlardan ibarət millimiz də iştirak edəcək. Olimpiadaya lisenziyalar qazanmaq üçün böyük şanslarımız olacaq”.

Milli komandanın böyük məşqçisi Nəriman Abdullayevin sözlərinə görə, mundialda bəzi ölkələrin idmançıları çıxış etməsə də, çox çətin yarış keçib: “Güclü boksçular mübarizə aparırdılar. Özbəkistan, Qazaxıstan və Kuba komandaları çox yaxşı çıxış etdilər. Əgər digər ölkələr olsaydı belə bu yığmalar yenə sözünü deyəcəkdi. Millimizə gəlincə, bir neçə döyüşdə problemlə üzləşdik, hakimlərin səhvi oldu. Qızıl medal qazana bilmədik. Şanslarımız böyük idi. Hakimlər arasında o qədər dəyişikliklər olur, yeniliklər edilir ki… Bəzi döyüşlərdə üstünlük olurdu, lakin əlavə referilər nəticəni dəyişə bilirdilər. Məsələn, bu hal Nicat Hüseynovun görüşündə yaşandı. Hesab boksçumuzun xeyrinə idi, lakin əlavə hakimlər üstünlüyü rəqibə verdilər. Qarşıda bizi Avropa Oyunları gözləyir. Vaxt da çox az qalıb. Ümid edirəm ki, Avropa Oyunlarında komandamız daha uğurlu çıxış edəcək”.

Dünya çempionatında bürünc medal qazanan Məhəmməd Abdullayev (+92 kq) isə bildirib ki, növbəti mundailda əsas hədəf “qızıl” olacaq: “Döyüşlərim yaxşı keçdi. Zəif rəqib yox idi. Ardıcıl olaraq, Meksika, Əlcəzair və Gürcüstan boksçularına qalib gələrək, yarımfinala yüksəldim. Yarımfinalda kubalı idmançı ilə üz-üzə gəldim. Finala çıxa bilmədim, 3-cü yerlə kifayətləndim. Növbəti dünya çempionatlarında “bürünc”ü “qızıl”a çevirməyə çalışacam. Qarşıdakı hədəf isə Avropa Oyunlarında finala vəsiqə qazanmaqdır. Çünki çəkimdə Olimpiadaya ancaq həlledici döyüşün iştirakçıları lisenziya əldə edəcək. Paris-2024-ə yollanmaq və orada ən yüksək nəticəni göstərmək istəyirəm”.

Qeyd edək ki, 538 boksçunun iştirakı ilə keçirilən dünya çempionatında milli üzvü Alfonso Dominqes (86 kq) gümüş, Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıb. Yığma 107 ölkə arasında 7-ci yerə şərik olub.

Reklam

Reklam


blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 16:33

Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib

blank
Digər idman növləri2024-05-11 15:58

Azərbaycan cüdoçularından Avropa Kata turnirində bürünc medal

blank
Digər idman növləri2024-05-11 15:30

ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər

blank
Dünya futbolu2024-05-11 14:22

A Seriyasında aprel ayının ən yaxşıları açıqlandı

blank
Digər idman növləri2024-05-11 13:59

“Heydər Əliyev kuboku”nun qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 13:05

Avtorqaf istədi, Cokoviç xəsarət aldı

blank
Dünya futbolu2024-05-11 12:47

Rahil Məmmədovun komandası darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-11 12:31

Fransız sürücü Sennanın şərəfinə dəbilqə hazırlatdırdı

blank
Dünya futbolu2024-05-11 12:16

Ozan Can mövsümün son matçında qol vurdu

blank
Digər idman növləri2024-05-11 12:00

Son çempion ilk qələbəsini qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm