Dünya futbolu
Debütantdan iki transfer

Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Union” heyətini gücləndirir. Berlin klubu artıq iki rəqsmi transferi elan edib.
Futbolinfo.az xəbər vrir ki, Bundesliqa təmsilçisi “Portu”dan icarəyə götürdüyü Dioqo Leyteni heyətdə saxlayıb. Paytaxt klubu icarə müqaviləsində göstərilən birdəfəlik satınalma bəndini aktivləşdirib. Klub rəhbərliyi Portuqaliya təmsilçisinə 75 milyon avro ödəyərək oyunçuya birdəfəlik sahib olub. 24 yaşlı mərkəz müdafiəçisi ilə anlaşmanın müddəti açıqlanmır.
“Union”un digər transferi Aleks Kraldır. Amma bu futbolçu icarə əsasında heyətə qatılıb. Moskva ÇSKA-sının 25 yaşlı dayaq yarımmüdafiəçisi növbəti mövsümü Berlində keçirəcək. Rusların ötən mövsüm “Şalke”yə icarəyə verdiyi çexiyalı beləcə daha bir mövsümü Almaniyada oynayacaq.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat