Dünya futbolu
Di Mariya qərar verməyib
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Anhel Di Mariya karyerasını harada davam etdirəcəyinə qərar verməyib. Ötən yay PSJ-dən ayrılaraq “Yuventus”a keçən argentinalı hələ heç kimlə danışıq aparmır.
Futbolinfo.az xəbər verir ki, dünya çempionu birillik müqavilə bağladığı Turin təmsilçisi ilə anlaşmasının müddətini uzada bilər. Lakin klubun ilkin təklifinə futbolçu müsbət cavab verməyib. O, yayadək gözləməyi lazım bilir.
Di Mariyanın gözləməsinin səbəbi “Yuventus”un mövsümü hansı pillədə başa vuracağının dəqiqləşməməsi ilə bağlıdır. 15 xalı silinən Turin klubunun Çempionlar Liqasına vəsiqə qazanması çətin görünür. Anhel isə Avropanın ən nüfuzlu yarışında oynamaq istəyir. “Yuventus” bunu bacarsa, güman ki, argentinalı da yeni müqavilə bağlayacaq.
Cinah yarımmüdafiəçisinin MLS klubları ilə danışıq aparması real deyil. O, Avropada qalmaq, ÇL-də oynamaq istəyir.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-12 20:18
Şeydayev “Kocaelispor”dan ayrıldı – “Neftçi”yə gəlir
- Ölkə futbolu2024-07-13 18:00
“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç
- Ölkə futbolu2024-07-13 00:40
“Oyunçular onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar”