MBA-da final seriyasının ikinci oyunu baş tutub. “Seltiks”lə “Maveriks” bu dəfə də Bostonda qarşılaşıb.

İlk oyunda qalib gələn meydan sahibləri ev üstünlüyünü bu dəfə də qoruya biliblər – 105:98. Lakin ilk görüşlə müqayisədə bu dəfə gərginlik daha yüksək səviyyədə olub.

Birinci oyundan nəticə çıxaran qonaqlar matça uğurla start veriblər. Bostonlular yalnız 3-cü periodda dönüş etməyi bacarıblar. Holidey qaşılaşmanı 28 xalla tamamlayaraq komandasında ən məhsuldar olub. Dallaslıların heyətində isə Luka Donçiç tripl-dabl edib. Meydan sahiblərinin liderlərindən sayılan Ceyson Teytumun tripl-dabl etməsi üçün 1 ribaundu çatmayıb.

Bu qələbədən sonra seriyada hesab 2:0 “Seltiks”in xeyrinədir. Növbəti iki oyun Dallasda keçiriləcək.

Shares: