Bizi izləyin

Layihə

“Dövlət himnini bilməyən futbolçu ölkəsi uğrunda canını ortaya qoymaz”

blank
blank

“Neftçi”nin U-9 komandasının baş məşqçisi, əməkdar məşqçi, uşaq komandaları ilə 10 dəfə Azərbaycan çempionu olan İslam Kərimovun futbolinfo.az saytına müsahibəsi

– İllərdir “Neftçi” Futbol Akademiyasında fəaliyyət göstərirsiniz. Hazırda vəziyyət necədir?

– Ötən il U-13 komandasında çalışırdım. 106 komanda arasında ikinci yeri tutduq. Məncə, bu böyük nailiyyət idi. Ondan sonra rəhbərlik məni U-9 komandasına təyin etdi. Düzü, bu, bir qədər gözlənilməz oldu. Çünki həmişə nisbətən yuxarı yaş qruplarında çalışmışam, U-17 yığmamıza rəhbərlik etmişəm. Birdən-birə 9 yaşlılara təyin olunacağımı gözləmirdim. Qərarı aşağı yaşdan yaxşı uşaqlar yığmaq bacarığımla əsaslandırdılar. Akademiyanın hazırkı 9 komandasından 6-sını vaxtilə mən yığmışam. İndiki 10-16 yaş qrupu arası komandaların hamısının seleksiya işini mən aparmışam.

– Dediniz ki, bu qərarı gözləmirdiniz. Belə çıxır ki, yuxarı yaş qruplarında daha faydalı olduğunuzu düşünürsünüz?

– Ola bilsin ki, qərar tələsik verilmişdi. Mənim üçün hansı yaş qrupunda olmağın fərqi yoxdur. 1992-ci ildən bəri – yəni 31 ildir “Neftçi”də çalışıram.

– U-9-la daha yuxarı yaş qruplarında işləmək arasında nə kimi fərqlər var?

– U-9-da işləmək həddən artıq çətindir. Çünki hər şey sırıfdan başlayır. Orada ən vacib məqam güclü seleksiya işi aparmaqdır. Futbolun əlifbasından başlayırsan. İstedadlıları tapmalı, bir araya toplamalısan. Ancaq yuxarı yaş qrupları artıq püxtələşiblər, məktəb keçiblər. Oynadıqca daha istedadlılar cəmləşir. U-9-da isə həddən artıq kütləvilikdir, 32 uşaq var.

– 32 uşaq bir yaş qrupu üçün çox deyil?

– Açığı, onlarla çalışmaq bir az çətindir. Axı, 13 yaşda necə olacaqlarını bilmirik. Mən də qərara gəldim ki, iki kollektiv yığım – A və B komandaları. A komandası “Neftçi”, B komandası isə “Amasya”dır. Hazırda məşq etdiyimiz kompleksin adı “Amasya”dır. Stadionun rəhbərliyi meydançanı təmənnasız mənə verib. 32 uşağın hamısının oynaması üçün iki komandaya böldüm. Daha yüksək səviyyəli uşaqlar “Neftçi”dədirlər. Hər iki komanda AFFA-nın təşkil etdiyi çempionatda iştirak edir. Bu çempionat futbolumuzun inkişafı üçün çox vacibdir.

– Bayaq dediniz ki, çalışdırdığınız komanda çempionatda ikinci yeri tutub. Sizin üçün nəticə daha vacibdir, yoxsa futbolçu yetişdirmək?

– Bunlar paralel olmalıdır. Uşaqda qalibiyyət ruhu yoxdursa, oyuna köklənə bilməz. Futbolçu aşağı yaşda uduza-uduza gedirsə və məsuliyyət daşımırsa, peşəkar futbolçu olanda da uduzacaq. Çünki uşaq yaşdan belə vərdiş edir. İstər məktəb birinciliyi, istər U-9, istərsə də U-17 çempionatı olsun, komanda mütləq qələbəyə köklənməlidir. Qalib gəldikcə uşaqda inam artır, yüksək motivasiyalı olur. 31 ildir burada deyirəm ki, “Neftçi” adını daşıyan bütün uşaqlar mütləq qalib gəlməyi düşünməlidir. Demirəm ki, mütləq birinci yeri tutmalısan. Amma meydana qələbə üçün çıxmalısan, rəqibini məğlub etməlisən. “Neftçi” brenddir, onun formasını geyinmək özü böyük şərəfdir. “Neftçi”nin oyunçusu ikiqat məsuliyyətli olmalıdır. “Liverpul” İngiltərədə, “Barselona” İspaniya nədirsə, “Neftçi” də Azərbaycanda odur. Bu məsələyə görə dəfələrlə mübahisəm olub. Həmişə demişəm ki, hansı yaş qrupunda çalışmağımdan asılı olmayaraq, mütləq qalib gələcəyəm. Futbolçuma da həftə ərzində ancaq bunu aşılayıram. Uşaqları əsas komandanın bütün ev oyunlarına aparıram. Onlar Emin Mahmudova, Azər Əliyevə, Azər Salahlıya kumir gözündə baxmalıdırlar. Uşaqda klubla sevgi, sədaqət olmalıdır, onunla yaşamalıdır. O forma üçün canını fəda etməlisən. Çünki həmin formanı vaxtilə Anatoli Banişevski, Kazbek Tuayev, İsgəndər Cavadov, Maşallah Əhmədov, Asif Əliyev və bir çox veteranlar geyinib. Burada oynayan futbolçu “Neftçi”nin tarixini bilməli, məsuliyyət daşımalıdır. Bilməlidir ki, 85 illik klubun hətta U-9 komandasına düşmək özü böyük şərəfdir.

blank

– Qələbə ruhunu aşılamaq kifayət edir, yoxsa başqa diqqət yetiriləsi başqa məqamlar da var?

– Mənim ən böyük üstün cəhətim vətənpərvər olmağımdır. İstənilən uşaq yanıma gələndə ilk tələbim belə olur ki, Azərbaycanın 5 Milli Qəhrəmanının adını de. Əgər bilməsə, məşqə buraxmıram, deyirəm ki, öyrən, sabah gələrsən. Uşaq Vətənini, dövlətini, xalqını, dinini, dilini yaxşı tanımalı, bilməlidir. Dövlət himnini bilməyən futbolçu ölkəsi uğrunda canını ortaya qoymaz. Biz futbolçudan başqa, şəxsiyyət, gələcəyə əsgər yetişdiririk. Uşaqların hamısını vətənpərvər ruhda böyüdürəm.

– Bəs, məşqləri təhsillə necə tənzimləyirsiniz?

– Uşaqların oxuduqları məktəbin müəllimləri ilə müntəzəm təmasdayam. Çünki ilk növbədə təhsildir. Cəmiyyət üçün yararlı vətəndaş olmalısan. Bizim qarşımıza məqsəd qoyulmayıb ki, 20 uşağın hamısı futbolçu olmalıdır. Vətənə sağlam vətəndaş böyütmək lazımdır. Fikir vermişəm, yaxşı oxuyan uşaq məşqi də tez qavrayır. Yuxarı yaş qruplarında işləyəndə uşaqların idman müəllimləri, sinif rəhbərləri ilə daim təmasda olurdum. Uşaqların gündəliyini həftədə bir dəfə yoxlayırdım, davranışlarına baxırdım. Yaxşı oxuyan uşaqlara ilin sonunda xüsusi mükafat verirəm. Xüsusən də ana dili və riyaziyyat fənlərinə fikir vermələrini xahiş etmişəm. Futbolçu qarşısına Avropada oynamağı məqsəd qoyur. Deməli, ingilis dilini mənimsələmisən, dünya görüşün Avropaya uyğun olmalıdır. Təhsilə xüsusi önəm vermək vacibdir.

– Bildirdiniz ki, vətənpərvərlik hər şeydən öndə gəlməlidir. Sizcə, milliləşdirilmiş futbolçular yığma komanda üçün can yandırarlar?

– Bunun üçün bölgələrdə futbolu inkişaf etdirməliyik. Akademiyalarımız rayonlarda olmalıdır. Üstünlüyü öz uşaqlarımıza verməliyik. Ümumiyyətlə, milliləşmənin əleyhinəyəm. 1-2 boşluğu doldurmaq üçün olar. Gələn futbolçu ölkənin mentalitetini bilməlidir, dininə, dilinə, xalqına, bayrağına, dövlətinə hörmət eləməlidir. 18 futbolçu milliləşən 3 nəfərin qarşısında aciz olmamalıdır. Həmin 3 əcnəbi yerlilərə tabe olmalıdır. Əziyyət çək, dilimizi, himnimizi öyrən, adət-ənənələrimizə hörmət elə. Millidə işləyəndə də buna həmişə fikir vermişəm. Mən 1992-1993-cü illərdə Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun dəstəsində döyüşmüşəm.

– Bölgələrdə futbolun vəziyyətindən razısınız?

– Həmişə bölgələrdən futbolçu dəvət etməyə çalışmışam. Xaricdən kimisə milliləşdirməkdənsə, Gəncədən, Mingəçevirdən, Ağdamdan, Bərdədən, Tovuzdan oyunçu gətirməliyik. Əcnəbi sabah çıxıb gedəcək, burada qalmayacaq. Ancaq yerli uşaq ən azı gedib öz rayonunda oynayacaq, karyerasını bitirdikdən sonra da məşqçi kimi xidmət edəcək, millinin formasının məsuliyyətini dərk edəcək, məğlub olanda vicdan əzabı çəkəcək. Bilirsiniz, motivasiya iki cür olur – xarici və daxili. Xarici motivasiya əcnəbi futbolçulardır. Onlar mükafata görə oynayırlar. Daxili motivasiya Vətəni, milləti sevməkdir. O bilir ki, arxasında xalq dayanıb, ata-anası oyununu gözləyir. Vətənpərvərlik pulla ölçülə bilməz. İnsan pula görə yox, millətinə, dövlətinə görə canından keçməyə hazır olmalıdır. Futbol özü də bir müharibədir, siyasətdir. Bilirsən ki, qalib gələndə 10 milyon xalq sevinir. Adicə “Qarabağ”ı götürək. Bu klub avrokuboklarda qələbə qazananda digər komandaların hamısının azarkeşləri sevinir. Çünki ölkəmizi təmsil edir. İdmanda da hər qələbə xalqda inam əmələ gətirir. Biz artıq idman ölkəsiyik, dövlət başçısı idmana böyük qayğı göstərir. Diqqət yetirin, nə qədər mötəbər yarışlara ev sahibliyi edirik. Artıq idmanda da qalib ölkə kimi tanınmalıyıq. Ustalıq baxımından İtaliyaya, İspaniyaya, Portuqaliyaya uduza bilərsən. Amma əzmkarlıq, döyüşkənlik sayəsində məğlub edə bilməyəcəyimiz rəqib yoxdur.

– Azərbaycanda uşaq futbolu ilə bağlı əsas problemlər nələrdir?

– Bölgələrdə futbol akademiyalarının az olması. Qəbələdə vaxtında düzgün akademiya qurdular və futbolu inkişaf etdirdilər. Ona görə də bu gün “Qəbələ”nin futbolçuları həm əsas, həm də aşağı yaş qrupu üzrə yığmalarda çoxluq təşkil edirlər. Vaxtilə “Bakı” akademiyası da var idi, hansı ki, Mahir Emreli, Namik Ələskərov kimi oyunçular üzə çıxardı. Akademiyaların sayını Bakıda yox, bölgələrdə artırmaq lazımdır. Tovuz, Gəncə, Zaqatala, Mingəçevir futbol məkanlarıdır. Bu rayonlarda akademiya olsa, nə qədər uşaq üzə çıxar. Üstəlik, hər bir uşaq xüsusi skautlar tərəfindən daim nəzarətdə olmalıdır. Onlar bilməlidirlər ki, həmin uşaqlar ötən illə müqayisədə nə qədər artırıblar, hansı çatışmazlıqları düzəldə bilməyiblər. Oyunların sayını da çoxaltmaq lazımdır. Vaxtilə Azərbaycan yığmasının əksər oyunçularını Gəncədən gətirərdik. Gəncə Azərbaycan futbolunun Məkkəsidir. Orada daşı hara atsan, futbolçuya dəyirdi. Amma indi oradan yığmaya 1-2 futbolçu dəvət edilir. Gəncə futbolunu inkişaf etdirmək o deməkdir ki, Qərb böləsi inkişafdadır. Tarix boyu ən istedadlı uşaqlar Gəncədən, Tovuzdan çıxıb. Hazırda “Sabah” və “Neftçi” akademiyasında işlər yüksək səviyyədə təşkil olunub. “Qəbələ” akademiyası xüsusi vurğulanmalıdır. Eyni zamanda Sumqayıtda futbol inkişafdadır.

– Deyilənə görə, Azərbaycanda 6 yaşlı uşaqlardan ibarət komandanı ilk dəfə siz yaratmısınız. Bu layihə hansı effekti verdi?

– Bəli, Azərbaycanda 6 yaşlıları ilk dəfə mən bir araya yığmışam. 2016-cı ildə mənim təşəbbüsümlə bu işə qol qoyduq. Həmin vaxt mənə deyirdilər ki, tezdir, uşaqlar bu yaşda oynaya bilməzlər. İlk addımı 2016-cı ildə atdım və dərhal 100-ə yaxın uşaq yığdım. Həmin uşaqlar bu gün “Neftçi” akademiyasının U-13 komandasında oynayırlar. Deməli, düzgün addım atmışam. Orta məktəblərdə futbolu tədris etmək lazımdır.

– Uşaqlarla bağlı problemləri sadaladınız. Bəs uşaq məşqçilərinin bilikləri yetərincədir?

– Məşqçilərin maarifləndirilməsi də bir problemdir. Hazırda ölkəmizdə UEFA-nın A, B, C, hətta PRO kateqoriyası üzrə kurslar keçilir. Ancaq fikrimcə, uşaq futboluna “Neftçi”nin veteranları cəlb olunmalıdır. 22 yaşlı uşaq necə yaxşı məşqçi ola bilər? Bu adam futbol məktəbi keçməyib. Hər akademiyanın başında veteran futbolçular olmalıdır. Onların həyat təcrübəsi, praktikası var. Kateqoriya, diplom almaqla deyil. Ən vacib məqam pedoqoq olmaqdır. Hərə bir ailədən gəlir. Həssas ailələr var ki, onlara xüsusi qayğı lazımdır. Uşaq valideyninə demədiyini məşqçisinə deməlidir. Müəllim də uşaqların hamısına öz övladları kimi baxmalıdır.

– Əvvəllər uşaq məşqçiləri “daydayı”lı uşaqları önə çəkərdilər, kim çox pul verirdisə, onun övladına xüsusi diqqət yetirərdilər. İndi necə, uşaq futbolunda rüşvət varmı?

– Həyatda ən nifrət elədiyim şey rüşvətdir. Valideyndən rüşvət alan müəllim mütləq cəzalandırılmalı, məşqçilikdən məhrum edilməlidir. Belə adamların futbolda yeri yoxdur. O, məşqçi adına ləkədir. Məşqçi vicdanla işləməlidir. Axı, bu uşaqların taleyini bizə tapşırıblar. Uşaq görməlidir ki, məşqçi ədalətli qərar verir. Şəxsən mən öz oğlumu əsas heyətdə oynatmamışam. Demişəm ki, səndən güclüləri var. Övlad evdə olur. Meydançada kim istedadlıdır, o da oynamalıdır. İstedadlıların qayğısına qalmaq lazımdır. Milli assosiasiyada istedadlı uşaqların siyahısı olmalıdır və onlara daim nəzarət edilməlidir. Vaxtilə bölgələri qarış-qarış gəzirdim. Kamran Ağayevi 13 yaşında Şabrandan, Vüqar Nadirovu Sumqayıtdan Bakıya gətirmişdim. Bölgələrlə çox yaxşı işləyirdim.

– Niyə son illər bu səviyyədə oyunçular üzə çıxmır?

– Mənim əlimin altından indiyə qədər 1000-ə yaxın uşaq keçib, 69 futbolçum Peşəkar Futbol Liqasının qeydiyyatından keçib, Premyer Liqada çıxış edib. Ədahim Niftəliyev, Azər Məmmədov, Xaqani Məmmədov, Füzuli Məmmədov, Elvin Məmmədov, Araz Abdullayev kimi oyunçuları üzə çıxarmışam. O ki qaldı sualınıza, ən böyük zərbə komanda sayının vaxtilə 8-ə endirilməsi oldu. Komanda sayı azalmışdı, üstəlik, çox sayda əcnəbi futbolçular gətirilirdi. Böyüyən yerli uşaqlar isə komandalara düşə bilmirdilər. Buna görə də əvəzedici heyətlərin çempionatının ayrıca keçirilməsini istərdim. Elədə daha çox istedadlı uşaq üzə çıxar. Açığı, oyunlarımız zamanı baxmağa gələn seleksiyaçılar görmürəm. Hazırda mənim dəftərçəmdə 50-60 istedadlı uşağın adı var. Onların hamısı heç də “Neftçi”dəkilər deyil. Azərbaycanın hansı klubunda neçə istedadlı uşaq var, deyə bilərəm. AFFA-da uzun müddət seleksiyaçı məşqçi kimi fəaliyyət göstərmişəm. Oradan ayrılsam da, yenə də axtarışlarımı davam etdirirəm. Məsələn, Siyəzəndə 14 yaşlı Əli Nəcəfov var, fitri istedada malikdir. Çox istərdim ki, klublar onu dəvət eləsinlər. O uşaq Siyəzəndə itib-batacaq, inkişaf etməyəcək. Ucaboy hücumçudur. Bu gün də Azərbaycanda ucaboy hücumçu axtarırıq. Hazır materialdır, çempionatda 26 qol vurub. Belə uşaqların üstünə düşmək lazımdır.

– Həmin uşağı “Neftçi”yə təklif etmisiniz?

– Bəli, yenicə təklif etmişəm. AFFA-nın nümayəndələrindən də xahiş edirəm ki, o uşağa baxsınlar. Gələcəkdə Azərbaycana yüksək səviyyəli hücumçu kimi xeyir verə bilər. Seleksiya işində heç vaxt yanılmıram. Çünki xüsusi testlərim var ki, ona əsasən seçim edirəm.

blank

– Siyahınızda olan istedadlı uşaqların gələcəyini göz önünə gətirdiyiniz zaman Azərbaycan futbolunu 5-10 il sonra necə görürsünüz?

– Bizim problemimiz uşaqlardan çox məşqçilərdir. Həmin istedadlı uşaqlar AFFA-nın nəzarətində olmalı, savadlı, müasir tələblərə cavab verən məşqçilərin rəhbərliyi altında böyüməlidirlər. İstedadlıları kimə gəldi vermək olmaz. Bu gün çox məşqçinin işindən narazıyam. Onlar istedaddan çox pulu düşünürlər. O vaxt millinin baş məşqçisi olanda cəmi 50 dollar maaş alırdım. Avropada, bəlkə də ən az pul alan məşqçi idim. Amma maaşı yox, futbolu fikirləşirdim. Bugünkü məşqçilər isə pulu düşündükləri üçün öz üzərlərində çalışmırlar. Məşqçi səhər 9-dan axşam 9-a qədər stadionda olmalıdır. Hər məşq onun üçün toy-bayram olmalıdır, futbolla yaşamalıdır. Azərbaycanda bariz nümunə Qurban Qurbanovdur. O, bütün həyatını futbola həsr edib. Öz üzərində dayanmadan çalışır. İşinə peşəkar yanaşmaq belə olur. Məşqçinin şənbə-bazarı olmamalıdır, o istirahətini stadionda etməlidir. Hər məşqçi bir istedad üzə çıxarsa, Azərbaycan futbolu nə qədər qazanar.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Dünya futbolu2023-03-30 09:50

“Beşitkaş”ın futbolçuların hücum edən azarkeşin cəzası açıqlandı

blank
Dünya futbolu2023-03-30 09:33

DÇ-yə ev sahibliyi hüququ İndoneziyadan alındı

blank
Dünya futbolu2023-03-30 09:15

Milli komandada baş məşqçi istefası

blank
Ölkə futbolu2023-03-30 09:00

AFFA vaxtı uzatdı, İK üzvləri özünü ifşa etdi: futbolu dərindən bilməyən də var, rusdilli olduğu üçün müzakirədən qaçan da

blank
Ölkə futbolu2023-03-30 01:00

“Bu oyunla qardaşlığımızın daha bir nümunəsini göstərdik” – “Qalatasaray”ın prezidenti

blank
Dünya futbolu2023-03-30 00:33

FİFA-dan Bundesliqa klubuna transfer qadağası

blank
Dünya futbolu2023-03-29 23:44

Mahir Emreli komanda ilə məşqlərə başladı

blank
Digər idman növləri2023-03-29 23:30

DÇ-də iştirak edən Azərbaycan atletləri Bakıya qayıtdılar

blank
Ölkə futbolu2023-03-29 23:15

“Kəpəz” yeni məşq mərkəzində ilk məşqə çıxdı

blank
Digər idman növləri2023-03-29 23:00

Azərbaycan yığması Antalyaya bu heyətlə yollanacaq

blank
Dünya futbolu2023-03-29 22:35

Enrike maraqlı layihə istəyir

blank
Digər idman növləri2023-03-29 22:08

“AAAF Xırdalan” çempionatın liderini büdrətdi

blank
Digər idman növləri2023-03-29 21:03

“Motivasiyam daha da artdı”

blank
Digər idman növləri2023-03-29 20:47

“Azərreyl”lə “Murov”dan ilk oyunda qələbə

blank
Dünya futbolu2023-03-29 20:00

Türkiyə millisinin daha bir üzvü “İnter”də?

blank
Dünya futbolu2023-03-29 19:45

“Nyukasl” “Liverpul”un müdafiəçisini istəyir

blank
Ölkə futbolu2023-03-29 19:31

“Turan Tovuz”un tablo problemi həllini tapdı – FOTO

blank
Dünya futbolu2023-03-29 19:17

“Eşşək” Haverts: “Onlar kimi sakitəm”

blank
Digər idman növləri2023-03-29 18:59

Azərbaycan çempionatında ikinci günün qalibləri açıqlandı

blank
Digər idman növləri2023-03-29 18:48

Azərbaycan cüdoçuları DÇ-yə Almaniyada hazırlaşırlar

blank
Dünya futbolu2023-03-29 18:35

Hunq Min Son: “Kontenin gedişinə görə günahkaram”

blank
Ölkə futbolu2023-03-29 18:25

AFFA İTV-nin dəvətini qəbul etmədi

blank
Digər idman növləri2023-03-29 18:16

Azərbaycan basketbolunda ilk

blank
Dünya futbolu2023-03-29 18:00

Fülkkruqdan əsrin rekordu

blank
Milli komanda2023-03-29 17:43

De Byazi ilə bağlı yekun qərar yoxdur – AFFA-da müzakirələr davam edir

blank
Dünya futbolu2023-03-29 17:32

Osimhen gedir, Xviça yeni müqavilə bağlayır

blank
Dünya futbolu2023-03-29 17:21

Naqelsmann Maneyə görə qovulub?

blank
I Divizion2023-03-29 17:13

“Sumqayıt” evdə, “Şamaxı” səfərdə qələbə qazandı

blank
Dünya futbolu2023-03-29 17:07

Kovaçiç Modriçə görə xoşbəxtdir

blank
Dünya futbolu2023-03-29 16:51

“Bayern”in futbolçusu millidən zədəli qayıtdı

blank
Milli komanda2023-03-28 09:46

Andersson: “Belə qələbədən sonra tənqidi qəbul etmirəm”

blank
Milli komanda2023-03-28 09:31

Millimiz İsveçə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-03-26 12:41

“Qəbələ” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
Digər idman növləri2023-03-25 21:01

Millimiz Qazaxıstanla birgə Göygöldə hazırlaşır

blank
Milli komanda2023-03-21 12:27

İlqar Aslanov: “Ümidləri doğrultmağa çalışacağıq” – VİDEO

blank
Premyer-liqa2023-03-17 20:17

“Qəbələ”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-17 19:34

“Hədəfimizə çatmaq üçün daha da inkişaf etməliyik” – VİDEO

blank
Ölkə futbolu2023-03-17 16:41

“Qəbələ” üçün yeni sponsor – VİDEO

blank
Premyer-liqa2023-03-16 22:04

“Kəpəz” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-03-16 19:26

“Səbail”lə “Turan Tovuz”un heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-03-16 13:43

“Neftçi”də sağlamlıq durumu – VİDEO

blank
Premyer-liqa2023-03-15 23:54

“Sabah”dan “Zirə” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-15 21:40

“Sumqayıt” evdə darmadağına üzüldü – VİDEO

blank
Premyer-liqa2023-03-12 18:13

“Şamaxı” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-03-11 22:24

“Qarabağ”dan “Səbail”ə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-03-11 18:33

“Turan Tovuz”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-03-10 22:11

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-03-10 19:15

Zaur Əzizov: “Yayda 4 oyunçu ilə heyətimizi gücləndirəcəyik” – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:47

“Kəpəz” “Zirə” üzərində qələbəni əldən verdi – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:05

“Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın elitada qalmasına çalışıram” – VİDEO

blank
Premyer-liqa2023-03-10 17:37

Rəşad Sadıqov: “Ədalətli nəticə heç-heçə idi” – VİDEO

blank
Ölkə futbolu2023-03-06 14:30

Millimizin qapıçısı da “yalnız qələbə” deyir – VİDEO

blank
Milli komanda2023-03-06 10:14

Millimiz Polşada ilk məşqə çıxdı – VİDEO

blank
Premyer-liqa2023-03-05 22:43

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

blank
Premyer-liqa2023-03-05 20:39

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Dünya futbolu2023-03-05 10:59

Azərbaycanlı futbolçu Ukraynada dubla imza atdı – VİDEO

blank
Premyer-liqa2023-03-04 21:58

“Sabah”ın “Kəpəz” üzərində inamlı qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-03-04 19:49

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Milli komanda2023-03-03 23:41

Yığmamızın yunanlar üzərində qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-03-03 20:20

“Zirə” – “Şamaxı” matçında 4 qol – VİDEO

Facebook

Gündəm