Digər idman növləri
Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin qalibi bəlli oldu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, finalda İtaliya millisi ilə “Barselona Panthers” (İspaniya) klubu üz-üzə gəlib.
15:12 hesabı ilə qələbə qazanan apenninlilər turnirin qalibi olublar.
Yarımfinal görüşlərində “Barselona Panthers” Portuqaliyaya (20:13), İtaliya isə Polşaya (13:12) qalib gəlib. Azərbaycan millisi mübarizəni 1/4 finalda, “Baku Flames” klubu isə qrup mərhələsində dayandırıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)