Ölkə futbolu
Elvin Cəfərquliyev “Qalatasaray”a qarşı oynamaq istəyirmiş

“Qalatasaray”la oyunun əvvəlini izləyə bilmədim. Məşqdə idik, çıxdıq və geri qalanına baxdıq. Oyunu yığmanın məşqindən sonra, telefonda izləyirdik. Çox maraqlı oyun oldu. Həm azarkeşlər, həm futbolçular üçün hər şey yaxşı idi. Bu matçda qardaşlıq qazandı” – bunu fubolinfo.az-a açıqlamasında “Qarabağ”ın və Azərbaycan yığmasının müdafiəçisi Elvin Cəfərquliyev deyib.
Futbolçu “Qarabağ”ın “Qalatasaray”a 1:2 hesabı ilə uduzduğu xeyriyyə matçından danışıb. Cəfərquliyev bu oyunda iştirak etməyi çox istədiyini bildirib: “İstəyərdim ki, bu oyunda olum. Üzülmədim, çünki milli komandada idim. Amma meydanda olmaq mənim üçün sevindirici olardı. “Qalatasaray” uşaqlıqdan azarkeşlik etdiyim komandalardandır”.

- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar
- I Divizion2023-05-26 08:30
MOİK Diviziondan uzaqlaşdırıla bilər