Ölkə futbolu
Emin Mahmudov 17-ci oldu

Emin Mahmudov “Neftçi”də 50-ci qolunu vurub. Bu, Misli Premyer Liqasının 2022/23 mövsümünün son turunda gerçəkləşib.
31 yaşlı yarımmüdafiəçi “Sabah”la qarşılaşmada komandasına qələbə qazandıran topun müəllifi olub – 1:0.
Mahmudov 2017/18 mövsümündən geyindiyi ağ-qara forma ilə 50-ci dəfə fərqlənib. O, bu qollardan 38-nə Premyer Liqada imza atıb. Emin ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.
Yarımmüdafiəçi “Neftçi”nin heyətində 50 və daha çox qol vuran 17-ci futbolçu olub. 1937-ci ildə yaranan klubun 86 illik tarixində ona qədər 16 oyunçu bunu bacarıb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat