Premyer-liqa
Emin Mahmudov tarixə düşdü
Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.
Bu, Misli Premyer Liqasının 36-cı turunda rəsmiləşib. “Sabah”la ev oyunu Eminin “Neftçi”də 183-cü çempionat matçı olub.
O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi “Neftçi”də 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ 31-ci turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.
Qeyd edək ki, 2017-ci ildən “Neftçi”də forma geyinən Emin 183 görüşdə 41 qola imza atıb.
- Milli komanda2024-06-07 22:50
Millimiz Albaniyaya məğlub oldu
- Ölkə futbolu2024-06-08 10:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Müsahibə2024-06-07 14:54
Cica “Qarabağ”da qalmaq istəyir: “Başqa məsələlər barədə nəsə deyə bilmərəm”
- Müsahibə2024-06-07 17:19
20 ilin Aslanı: “Elxan Səmədovun xəstəxanadakı palatası iclas otağımız oldu”