“PlanetF1” portalı 2024-cü ildə ən çox maaş alan Formula 1 sürücülərinin adlarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, yarışların ən zəngin sürücüsü “Mercedes”i təmsil edən yeddiqat dünya çempionu Lyuis Həmiltondur.
Onun sərvəti 285 milyon dollar dəyərində qiymətləndirilir. Siyahıda ikinci yerdə 260 milyon dollar kapitalla malik Fernando Alonso qərarlaşıb. Üçlüyün sonuncu pilləsində isə “Red Bull” komandasının pilotu Maks Ferstappen (210 milyon dollar) var.
“PlanetF1” portalına əsasən ən zəngin Formula 1 sürücülərinin 12 nəfərdən ibarət siyahısı belədir:
- Lyuis Həmilton (Mercedes) – 285 milyon dollar.
- Fernando Alonso (Aston Martin) – 260 milyon dollar.
- Maks Ferstappen (Red Bull) – 210 milyon dollar.
- Daniel Rikkardo (RB) – 96 milyon dollar.
- Serxio Peres (Red Bull) – 75 milyon dollar.
- Şarl Lekler (Ferrari) – 50 milyon dollar.
- Lens Stroll (Aston Martin) – 50 milyon dollar.
- Karlos Sayns (Ferrari) – 47 milyon dollar.
- Pyer Qasli (Alpin) – 33 milyon dollar.
- Lando Norris (McLaren) – 30 milyon dollar.
- Valtteri Bottas (Kik-Sauber) – 30 milyon dollar.
- Kevin Maqnussen (Haas) – 30 milyon dollar.