Premyer-liqa
“Epizodları dəyərləndirə bilmədik” – Yaşar Vahabzadə
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyunla bağlı onu deyə bilərəm ki, futbolçuların fərdi səhvlərindən sonra qolları buraxdıq. Rəqibin oyununa baxıb təhlil etmişdik. Futbolçulara tapşırıqlar vermişdik və onlar bunu meydançada yerinə yetirməli idilər. Elə epizodlar oldu ki, dəqiq oynamadılar. Fərdi səhvlərdən sonra qapımızda qollar gördük. Demək olmaz ki, biz tam müdafiə olunduq və ya müdafiədən çıxa bilmirdik. Hücumda da aktiv idik, epizodlar yaratdıq. Hansı ki, həmin epizodları dəyərləndirə bilmədik”.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-17 10:25
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə
- Ölkə futbolu2024-07-16 15:17
Püşk atıldı