Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Danimarka – Serbiya oyununun (0:0) ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, Danimarka millisinin üzvü Kristian Eriksendir.
32 yaşlı yarımmüdafiəçi yaxşı oyunu ilə bu mükafata layiq görülüb.
Danimarka qrup 2-cisi kimi 1/8 finala yüksəlib.