Kosovanın Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində iştirak edəcək Azərbaycanın kişi və qadınlardan ibarət 3×3 basketbol üzrə millilərinin oyun təqvimi açıqlanıb. Turnirdə mübarizəyə ilk olaraq kişi basketbolçularımız start verəcək.

Komandamız ilk olaraq Ermənistan millisi ilə qarşılaşacaq. Qadınlardan ibarət yığmanın ilk sınağı isə Malta seçməsinə qarşı olacaq.

Qeyd edək ki, təsnifat mərhələsi iyunun 8-dən 9-dək davam edəcək.

11:30. Ermənistan – Azərbaycan (kişilər)

16:10. Azərbaycan – Kosova (kişilərə)

17:50. Azərbaycan – Malta (qadınlar)

19:40. Kipr – Azərbaycan (kişilər)

23:20. Azərbaycan – Lüksemburq (qadınlar)

23:45. Azərbaycan – Albaniya (kişilər)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp