Dünya futbolu
“Espanyol” La Liqanı tərk etdi

İspaniya La Liqasında 37-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün 9 görüş baş tutub.
Dörd qolun qeydə alındığı “Valensiya” – “Espanyol” matçında qalib müəyyənləşməyib. Bu heç-heçənin ardından “Espanyol”un La Liqanı tərk edəcəyi dəqiqləşib. Hazırda 36 xalla 19-cu olan bu komanda son turda qalib gəlsə belə, 17-ci sıraya çıxa bilməyəcək. Beləcə, sonuncu olan “Elçe”nin ardından “Espanyol” da Sequndaya yuvarlanıb.
Çempionluğu təmin etmiş “Barselona” bu tur “Malyorka”nı, “Atletiko” “Real Sosyedad”ı, “Kadis” “Selta”nı, “Xetafe” “Osasuna”nı, “Rayo Valyekano” isə “Vilyarreal”ı məğlub yola salıb.
Hazırda “Barselona” 88 xalla vahid liderdir. “Real” 77 xalla ikinci, Madridin digər təmsilçisi “Atletiko” 76 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad”ın 68, “Vilyarreal”ın 63, “Betis”in 59 xalı var.
İspaniya La Liqası
37-ci tur
27 may
Sevilya – Real 1:2
Qol: Mir, 3 – Rodriqo, 29; 69.
28 may
Almeriya – Valyadolid 0:0
Atletik – Elçe 0:1
Qol: Boye, 90+2.
Atletiko – Real Sosyedad 2:1
Qol: Qrizmann, 37. Molina, 73 – Sörlot, 88.
Barselona – Malyorka 3:0
Qol: Fati, 1; 24. Qavi, 70.
Kadis – Selta 1:0
Qol: Sobrino, 53.
Xetafe – Osasuna 2:1
Qol: Latasa, 39. Mata, 90 – Avila, 2.
Jirona – Betis 1:2
Qol: M.Qutyerres, 36-pen – B.İqlesias, 47; 77.
Rayo Valyekano – Vilyarreal 2:1
Qol: De Tomas, 56. Palazon, 63 – Lo Çelso, 83.
Valensiya – Espanyol 2:2
Qol: D.Lopes, 38. Lino, 90+3 – Montes, 40. Breytveyt, 50.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat