Dünya futbolu
Fərid oynadı, “Viktoriya” öz meydanında uduzdu
Futbol üzrə Çexiya 2-ci divizionunda 19-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Xrudim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci əvəzlənib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
“Viktoriya” hazırda 32 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

- Ölkə futbolu2023-12-06 10:19
“Araz-Naxçıvan” iki futbolçunu qovacaq
- Müsahibə2023-12-06 08:00
Romao əvəzolunmaz futbolçu tanımır: “Sonda vurduğumuz qol bizə “can verdi”
- Ölkə futbolu2023-12-06 20:00
Fatma Elxan Məmmədov üçün minnətə gəlir – çempionat oyununu da izləyəcək
- Ölkə futbolu2023-12-07 08:55
“Qarabağ” son 5 mövsümdə Avropanın ən yaxşı “3-lüy”ündə