Bu gün Misli Premyer Liqasında qış fasiləsi başa çatır.

Futbolinfo.az xəbər verir ki, qış fasiləsinə 19-cu turun oyunları ilə yekun vurulacaq.

Yeni ilin ilk oyun günündə bir qarşılaşma baş tutacaq. “Sabah” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq.

“Səbail” – “Zirə” və “Kəpəz” – “Turan Tovuz” oyunları sabah, “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” matçları isə yanvarın 23-də keçiriləcək.

Misli Premyer Liqası
19-cu tur

21 yanvar

“Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Nicat İsmayıllı
“Ban Respublika Arena”, 16:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp