Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov dünya çempionatının elit mərhələsində Bakıda Rumıya yığması ilə üz-üzə gələcək milli komanda ilə görüşüb.

Futbolinfo.az xəbər verir ki, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda ugurlar arzulayıb.

Millinin baş məşqçisi Vitali Borisov hazırlıq və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Rövşən Mirzəyev də iştirak ediblər.

Azərbaycan – Rumıniya oyunu dekabrın 15-də, saat 20:00-da keçiriləcək. Bakı İdman Sarayına giriş sərbəst olacaq. Qazaxıstan 4 oyundan sonra 12 xalla A qrupunda liderdir, Niderland 6 xalla ikincidir. Rumıniya və millimiz isə 3 xalla 3-4-cü pillələri bölüşdürürlər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp