“Böyük Dəbilqə” yarışlarının 20 qat çempionu, dünyanın keçmiş bir nömrəsi, isveçrəli tennisçi Rocer Federer, amerikalı müğənni Teylor Sviftin “The Eras Tour” çərçivəsində iyulun 9-da İsveçrənin Sürix şəhərində keçirdiyi konsertdən fotosunu sosial şəbəkələrdə yerləşdirib.

Fotoda Federerin əlindəki “dostluq” qolbaqları əks olunub. “Problemlər”, “Qəhrəman” və “Ən vəhşi” başlıqları çox güman ki, Sviftin “Şampan problemləri”, “Anti-qəhrəman” və “Ən vəhşi yuxular” mahnılarına istinaddır.

Federer tədbirə həyat yoldaşı Mirka və uşaqları ilə qatılıb.

Xatırladaq ki, isveçrəli 2022-ci ilin sentyabrında Londonda keçirilən “Laver Kuboku”nda yarışdıqdan sonra idmanı tərk edib.

Shares: