İmolada Maks Verstappen mövsümdə beşinci qələbəsini qazandı. Buna baxmayaraq, Frederik Vasyör optimizmini itirmir.

“Ferrari” rəhbəri bu il bir neçə yarışda qələbə uğrunda mübarizə aparacaqlarına əmindir: “Yarışın yetmiş dövrəsindən sonra üç komandanı finiş xəttində yeddi saniyə ayırdı. Fərqi hər dövrə üçün saniyənin 0,1-dən də az idi. Bu fərq bütün həftə sonu boyunca qaldı. Bu, mənim üçün yaxşı xəbərdir. Deməli, mübarizə üçün perspektiv var. Gələn həftə sonu Monakoda biz tamamilə fərqli trasda yarışacağıq.

İmoladan sonra qarışıq emosiyalar var.  “McLaren” bizimlə eyni addımı atıb. Komandamız uduzdu, ona görə də bir az üzülürəm. Əgər startda birinci və ikinci yerləri tutsaydıq, yarışı daha yaxşı mövqedə başa vurardıq. Nəyisə əldən vermişiksə, bunu yarışda yox, təsnifat mərhələsində etmişik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp