Dünya futbolu
FİFA-dan Uruqvay millisinin üzvlərinə ağır cəza

FİFA İntizam Komitəsi Qətərdəki DÇ-2022 çərçivəsində keçirilmiş Uruqvay – Qana oyununda baş verənlərə görə qərarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, ali futbol qurumu azarkeşlərinin davranışına görə, Uruqvay Futbol Federasiyasını cəzalandırıb.
Uruqvayın qarşıdakı oyununda azarkeş sayına məhdudiyyət tətbiq ediləcək. Federasiya 50 min frank cərimə ödəməli olacaq.
Millinin üzvləri – Xose Mariya Ximenes, Fernando Muslera, Edinson Kavani və Dieqo Qodin də cəzalandırılıb. Onlar final fitindən sonra almaniyalı hakim Daniel Zibertə öz etrirazlarını kobud formada bildirmişdilər. Ximenes və Muslera buna görə 4 oyun diskvalifikasiya olunmaqla yanaşı, 20 min frank cərimələniblər. Kavani və Qodin isə 1 oyunluq cəzalanıblar. Onlar da 15 min frank cərimə verməli olacaqlar.
Xatırladaq ki, dekabrın 2-də keçirilmiş bu matçda Uruqvay yığması 2:0 hesabı ilə qalib gəlmişdi. Lakin bu, sözügedən komandanın qrupdan çıxması üçün yetərli olmamışdı.

- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı