Premyer-liqa
Finalda təkrar

“Neftçi” və “Qəbələ” kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 5-ci cütdür.
Futbolinfo.az xəbər verir ki, bunadək 4 duel sonradan təkrarlanıb.
Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə görüşən cütün duellərində bakılılar 1995/96 (3:0), ağdamlılar 2014/15 (3:1) və 2015/16 (1:0) mövsümlərində qalib gəlib.
Digər üç cütdə isə eyni komanda hər iki oyunda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/99 (0:0, pen.5:3) və 2003/04 (1:0, əlavə vaxtda), “Kəpəz” “Qarabağ”ı 1997/98 (2:0) və 1999/2000 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/08 (2:0, əlavə, vaxtda) və 2010/11 (1:1, pen.4:2) mövsümlərində üstələyib.
“Neftçi” ilə “Qəbələ”nin ilk finalı 2013/14 mövsümündə baş tutub. 1:1 hesabı ilə bitən duelin taleyini penaltilər həll edib. Bakılılar daha dəqiq olub və kuboku başı üzərinə qaldırıb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”