Dünya futbolu
Finalın hakiminə hücum edildi

Macarıstanda “Sevilya” ilə “Roma”sı arasında keçirilmiş Avropa Liqasının final oyununu idarə edən ingiltərəli baş hakim Entoni Teylor hücuma məruz qalıb. Hadisə Budapeşt hava limanında baş verib.
İtaliyalı fanatlar FIFA referisinin əleyhinə şüarlar səsləndiriblər. Ardınca isə tərəfdarlar Teylor və yaxınlarına fiziki təzyiq göstərməyə çalışıblar. Polis insidentin böyüməsinə imkan verməyib.
Qeyd edək ki, görüşün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Sevilya” tarixində 7-ci dəfə titula sahib çıxıb. Entoni Teylor oyun ərzində “Roma”nın əleyhinə bəzi mübahisəli qərarları ilə yadda qalıb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat