İtaliyanın “Fiorentina” klubunun və Serbiya millisinin müdafiəçisi Nikola Milenkoviç İngiltərə təmsilçisi “Nottingem Forest”ə keçib.

Futbolinfo.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

Serbiyalının keçidi İtaliya klubuna 14 milyon avroya başa gəlib.

2023/2024 mövsümündə Milenkoviç “Fiorentina” klubunun heyətində meydana çıxdığı 50 oyunda 2 məhsuldar ötürməyə imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp