Bizi izləyin

Digər idman növləri

Fiqurli konkisürmə: Asiyaya doğru

blank
blank

Yaponiyada fiqurlu konkisürmə üzrə Dünya Çempionatının yarış proqramı geridə qaldı. Olimpiya Oyunlarından sonra növbəti böyük turniri layiqincə təşkil edə bildilər.

Əslində, pandemiyanın vurduğu ziyan ölkəni belə bir yarışdan soyuda bilərdi. Lakin yerli idmançıların son illərdə dünya fiqurli konkisürmə elitasına yüksəlməsi bunun ehtimalını heçə endirmişdi. Nəzərə alsaq ki, rusiyalı idmançılar yarışlardan kənarlaşdırıblar, medal qazanmaq şansları bir qədər də artmışdı.

Gözlənilənlər doğruldu. Yaponiya bu Dünya Çempionatında tarixinin ən böyük nailiyyətini əldə etdi. Buvaxta qədər heç bir Asiya ölkəsi bir turnirdə bu qədər dominantlıq etməmişdi. Ümumiyyətlə, asiyalılar heç bir zaman fiqurlu konkisürmə yarışlarının favoritləri kimi göstərilməmişdilər. Bu idman növünün dominantları Rusiya , Fransa, ABŞ və bəzi hallarda Kanada olub. Son illərdə ruslar yalnız bəzi nominasiyalarda rəqiblərə qızıl medal qazanmağa imkan verirdilər. İndi isə onların yoxluğunda başqa ölkələr üçün şans yaranmışdı.

Burada başqa bir məsələni də qeyd etmək lazımdır. Rusiyada bu idman növü o qədər güclü inkişaf edib ki, milliyə düşmə şansı olmayan idmançılar başqa ölkələrin vətəndaşlığını rahatlıqla qəbul edərək böyük turnirlərə qatılırlar. Elə kişilərin yarışlarında bürünc medal qazanan İlya Malinini qeyd edə bilərik. Çoxları hətta onun burada qızıla layiq olduğunu qeyd edərək hakimlərin ədalətsizliyini vurğulayır. ABŞ-ı təmsil edən idmançı proqramı zamanı 6 dəfə kvad yerinə yetirdi. Lakin onlardan yalnız 3-ü müsbət qiymət aldı. Aksel, Luts və flip pis alındı. Yalnız Salxovla tulupu normal yerinə yetirə bildi.

İstənilən halda, hakimlərin ədalətsizliyini söyləyənlərin obyektiv olduğunu düşünmək düzgün deyil. Şoma Uno rəqibindən güclüdür. Əsas gücü isə proqramı daha az səhvlə yerinə yetirməsidir. Burada maraqlı məqam Malinini koreyalı Çxa Cunxvanın qabaqlamasıdır.

Kişilərin turniri bizim üçün də maraqlı olmalıydı. Çünki burada ölkəmizi təmsil edən idmançı vardı. O da yuxarıda sadaladığımız idmançılar kateqoriyasına aiddir və Azərbaycanı təmsil edir. Vladimir Litvintsev qısa proqramdan sonra 10-cu yerdə olsa da, bir pillə geriləyərək yekunda 11-ci oldu.

blank

Qızların yarışı ruslara qarşı sanksiyalara görə ən çox təsirə malik hissədir. Çünki məhz bu növdə rusiyalı qızlar podiumun bütün pillələrini tutmaq gücündədirlər. Son Olimpiya oyunları da bunu bir daha sübuta yetirdi. Onların gəlməməsi Kaori Sakamotaya gözəl şans yaratmışdı. Bu idmançı bir xüsusiyyətinə görə seçilir. Adətən fiqurlu konkisürmədə qızlar 20 yaşından sonra tənəzzülə doğru gedir, əksəriyyəti isə ümumiyyətlə, karyerasını bitirir. Kaoridə isə vəziyyət fərqlidir. O, 20 yaşından sonra nailiyyətlər əldə etməyə başlayıb. Bu yaşdan sonra dünya çempionu olmaq nadir göstəricidir. İkiqat dünya çempionu olmaq isə görünməmiş bir hadisədir. Əlbəttə, rusların olmaması onun işini xeyli asanlaşdırdı. Amma mütəxəssislərin fikrincə, Sakamoto onlara ciddi müqavimət göstərə bilərdi. Çempionatın Yaponiyada keçirildiyini nəzərə alsaq bu, xeyli inandırıcı görünür.

Yaponların 3-cü qızıl medalı cütlüklərin yarışında oldu. Burada da Rusiyanın cəzalandırılması təsirini qeyd edə bilərik. Onların yoxluğunda Riku Miura – Rüiti Kixara cütlüyü çempion oldular. Digər növlərdən fərqli olaraq, burada onlar ilk onluqda Asiyanı təmsil edən yeganə cütlük idilər. Tarixən bu növdə Kanada və ABŞ idmançıları çox güclü olublar – ABŞ gümüş medal qazandı, italyan cütlük isə bürünc medal əldə etdi.

Ölkəmizin təmsil olunduğu digər bir növ rəqs cütlüklərinin yarışı idi. Edrien Karxart – Aleksandr Kolosovski cütlüyü əsas hissəyə vəsiqə qazana biləyərək 29-cu oldu. Ən maraqlısı isə 30-cu yerin sahibidir. Bizdən bir pillə aşağı İspaniya cütlüyünə qismət oldu. Rəqs edənlərdən biri isə Asəf Kazımov adlı həmyerlimizdir. Ancaq təəssüf ki, Azərbaycanı özgələr, azərbaycanlımız da özgə ölkəni təmsil edir.

İlk yerin sahibi isə ABŞ-li rəqqaslar oldular. 10 il bu uğura doğru addımlayan Medison Çok və Evan Beyts nəhayət ki, Dünya Çempionatının qızıl medalı ilə qovuşa bildilər.

Qısa yekun vursaq, belə bir qənaətə gəlmək olar ki, fiqurlu konkisürmə növü ruslar olmadan da rəqabətədavamlıdır. Hətta onların yoxluğunda gərginlik və intriqa bir xeyli artıb. Bu gedişlə Asiyanın gələcək illərdə dominantlığı ələ keçirəcəyini qeyd etmək olar. Bu qitədə keçirilən Olimpiadalar fiqurlu konkisürmənin inkişafına güclü təkan verib. Hələlik, yaponlar və koreyalılar önə çıxıblar, amma bir müddət sonra çinlilərin də onlara qoşulacağının şahidi olacağıq.

İLQAR AĞAYEV

Reklam

Reklam


blank
Premyer-liqa2023-05-25 21:07

İsayevin Premyer Liqada 200-cü oyunu

blank
Digər idman növləri2023-05-25 20:32

Avropa kubokuna 7 cüdoçu ilə

blank
Digər idman növləri2023-05-25 19:50

Azərbaycan cüdoçuları üçün beynəlxalq təlim-məşq toplanışı

blank
Əvəzedicilər2023-05-25 19:35

PFL iki stadionda medal paylayacaq – tovuzlular da Suraxanıya gəlir

blank
Digər idman növləri2023-05-25 19:23

İlk yarış gününə yekun vuruldu

blank
Ölkə futbolu2023-05-25 18:59

AFFA Tərtər stadionunda işlərin dayandırıldığını təsdiqlədi

blank
Ölkə kuboku2023-05-25 18:45

Final: Mətbut konfranslarının və məşqlərin vaxtı məlum oldu

blank
Digər idman növləri2023-05-25 18:03

Qazimiz İsveçrə qran-prisində gümüş medal qazandı

blank
Digər idman növləri2023-05-25 17:44

Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2023-05-25 17:25

“Neftçi”də şəhid övladları və Bakı-İstanbul liseyinin şagirdləri üçün stadion turu

blank
Digər idman növləri2023-05-25 16:55

Azərbaycan birinciliyində ilk qaliblər bəlli oldu

blank
Ölkə futbolu2023-05-25 16:10

“Premyer Liqada qalmalıyıq”

blank
Ölkə futbolu2023-05-25 16:06

“Kəpəz”in məşqçisinə 5 oyunluq cəza, 3 komandaya texniki məğlubiyyət verildi

blank
Ölkə futbolu2023-05-25 15:55

Zakpa hamıdan üzr istədi: “Üzümü heç kəsin olmadığı tərəfə yönəltdim”

blank
I Divizion2023-05-25 15:39

AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar

blank
Ölkə futbolu2023-05-25 15:25

Ramil cəzalandı, Musa şans qazandı: het-triklə iki nəfəri ötə bilər

blank
Premyer-liqa2023-05-25 15:07

Mövsümün son turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2023-05-25 14:44

AFFA “Şamaxı”nı Premyer Liqada saxlamaq istəyir?

blank
Dünya futbolu2023-05-25 14:21

Lempard: “Yarımmüdafiədə istənilən vəzifəni icra edə bilər”

blank
I Divizion2023-05-25 14:00

I Divizion: Danışılmış oyunlara görə 7 şəxs futboldan uzaqlaşdırıldı

blank
I Divizion2023-05-25 13:41

“Sumqayıt” əsasnamənin tələblərini pozduğuna görə cərimələndi

blank
Premyer-liqa2023-05-25 13:23

Qoba Zakpaya qeyri-etik hərəkətinə görə 3 oyunluq cəza

blank
Ölkə futbolu2023-05-25 13:00

“Sabah”ın çempionluq oyunu – VİDEO

blank
Ölkə futbolu2023-05-25 12:42

“Sabah” Avstriyaya gedəcək

blank
Digər idman növləri2023-05-25 12:21

Güləşçilərimiz üçün Bişkek sınağı

blank
Digər idman növləri2023-05-25 12:00

Boksçumuz Polşada yarımfinala vəsiqə qazandı

blank
Dünya futbolu2023-05-25 11:47

Lukaku Milanda xoşbəxtdir, amma…

blank
Ölkə futbolu2023-05-25 11:30

“Sabah”ın Masazır israrı

blank
Dünya futbolu2023-05-25 11:15

İnyesta Yaponiya klubundan ayrılır

blank
Dünya futbolu2023-05-25 11:00

Dadaşov millimizə görə komandasının toplanışına gec qoşulacaq

blank
Ölkə futbolu2023-05-25 13:00

“Sabah”ın çempionluq oyunu – VİDEO

blank
Premyer-liqa2023-05-22 22:13

“Qəbələ” Şamaxıdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:36

Tovuzda 4 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:15

“Sabah”la “Zirə”dən qolsuz “sülh” – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:04

“Qarabağ” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 20:40

“Kəpəz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 15:07

“Neftçi”də 3 itki – VİDEO

blank
Premyer-liqa2023-05-17 22:06

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-05-16 22:40

Şenol Günəşlə Cenk Tosun “Sabah”la oyun haqda – VİDEO

blank
Premyer-liqa2023-05-14 23:49

“Şamaxı” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Ölkə futbolu2023-05-14 15:19

“Sabah”la “Beşiktaş”dan 6 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-13 23:47

“Səbail” “Qarabağ”a böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-13 21:15

“Turan Tovuz” Qəbələdən 3 xalla döndü – VİDEO

blank
Premyer-liqa2023-05-12 22:11

“Kəpəz” Zirədən 1 xalla döndü – VİDEO

blank
Ölkə futbolu2023-05-11 23:13

“Beşiktaş”ın futbolçularından “Sabah”la xeyriyyə matçına çağırış – VİDEO

blank
Digər2023-05-10 13:30

AMADA “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər keçirib – VİDEO

blank
Premyer-liqa2023-05-08 23:55

“Qarabağ”dan “Qəbələ”yə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 22:16

“Səbail”dən Sumqayıtda əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:53

“Turan Tovuz”dan “Neftçi”yə 4 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:38

“Futbolçularımızda “Neftçi”ni udmaq istəyi çox idi” – Ayxan Abbasov

blank
Premyer-liqa2023-05-07 18:00

“Bu məğlubiyyəti təsadüf kimi qəbul edəcəm” – Regekampf

blank
Ölkə futbolu2023-05-07 14:05

“Turan Tovuz”la matça 2 itki ilə – VİDEO

blank
Premyer-liqa2023-05-06 19:43

“Şamaxı” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Digər idman növləri2023-05-06 11:56

Hər iki seriyada hesab 2:1 oldu

blank
Premyer-liqa2023-05-05 21:35

“Kəpəz” “Sabah”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-05-05 21:04

“Sabah” – “Beşiktaş” oyununun biletləri satışda – VİDEO

blank
Milli komanda2023-05-04 00:10

Millimiz Gürcüstana belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-05-02 23:12

Azərbaycan derbisində 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-05-02 18:41

“Neftçi”də “Qarabağ”la matçdan öncə sağlamlıq durumu – VİDEO

blank
Premyer-liqa2023-05-01 23:20

“Zirə” “Turan Tovuz”a belə uduzdu – VİDEO

Facebook

Gündəm