Bred Pittin baş rolda oynadığı Formula 1 filmi 25 iyun 2025-ci ildə beynəlxalq prokata çıxarılacaq.

Futbolinfo.az xəbər verir ki, filmin premyerası iki gün sonra, iyunun 27-də Şimali Amerikada olacaq.

Bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.

Film IMAX kinoteatrlarında da nümayiş etdiriləcək. Prokatla “Warner Brosers” məşğul olacaq.

Xatırladaq ki, filmin istehsalına 2023-cü ildə başlanılıb. Çəkilişlər bu yay Britaniya qran-prisində davam etdirilməlidir. Bundan əlavə, çəkiliş qrupu daha bir neçə qran-priyə səfər edəcək.

Filmin istehsalı ilə “Mercedes”in sürücüsü Lyuis Həmiltonun “Dawn Apollo Films” şirkəti məşğul olur. Lyuisin özü məsləhətçi kimi çıxış edir.

Filmdə Bred Pitt, gənc pilta kömək etmək üçün padoka qayıdan təcrübəli Formula 1 sürücüsü rolunu oynayır. Filmin rejissoru Cozef Kosinskidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp