Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Portuqliya ilə əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında qələbə qazanan Fransa yığması 60 il əvvəlki antirekordunu təkrarlayıb.

Futbolinfo.az “Opta”ya istinadən xəbər verir ki, komanda ardıcıl 6-cı dəfə rəqiblərinə oyundan qol vura bilməyib. Komanda yalnız 2 avtoqol və 1 penalti hesabına növbəti mərhələlərə adlayıb.

Bu da 60 il əvvəlki nəticənin təkrarı kimi tarixə düşüb.

Qeyd edək ki, Fransa yığması yarımfinalda İspaniya ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp