Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Belə ki, müsabiqədə 33 ictimai-siyasi, 6 idman məzmunlu sayt qalib olub.

Maliyyə yardımı ayrılacaq saytlar arasında Futbolinfo.az da var. Futbolinfo.az MEDİA-nın etimadı və dəstəyi sayəsində fəaliyyətini sabit saxlamağa, daha da yaxşılaşdırmağa nail olub. Saytımız məhz bu layihəyə qoşulduqdan sonra rəngarəngliyə nail olub, materialların kəmiyyət və keyfiyyəti artıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp