Futbolun İnkişaf Fondu (FİF) tərəfindən ianə olunan toplar Laçın şəhərində uşaqlara təqdim edilib.

Futbolinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlər Komitəsi və Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Laçın şəhər 2 saylı tam orta məktəb və Laçın rayonu, Zabux kənd tam orta məktəbinin şagirdləri arasında minifutbol üzrə yoldaşlıq oyunu keçirilib.

Laçın İdman Kompleksində baş tutan oyunda FİF tərəfindən uşaqlara toplar təqdim olunub.

Futbolun İnkişaf Fondu 2023-cü ildə UEFA Uşaq Fondundan verilən mükafat çərçivəsində uşaq futbolunun inkişafı məqsədilə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasına 500 futbol topu ianə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp