“Bayer” Almaniya millisinin hücumçusunu heyətinə qatmaq istəyir. Leverkuzenlilər Niklas Fyulkruqla maraqlanır.

Futbolinfo.az “Bild”ə istindla xəbər verir ki, transferdə əsas məqsəd zədəli Patrik Şikə əvəzləyici tapmaqdır. Zədə üzündən oktyabra kimi oynamayacağı bəlli olan çexiyalını məhz Fyulkruq əvəz edə bilər.

“Verder” forvardını satmaq istəmir. Amma 30 yaşlı Niklas daha iddialı komandada oynamaq istədiyindən bu transfer mümkündür. “Bayer” bremenlilərlə iki illik müqaviləsi qalan milli üzvü üçün 12 milyon avro təklif edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp